Uitkoff və Kuşner Rusiya ilə məhbusların azadlığı üçün danışıqlara HAZIRLAŞIRbackend

Uitkoff və Kuşner Rusiya ilə məhbusların azadlığı üçün danışıqlara HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uitkoff və Kuşner Dmitrievin ABŞ vətəndaşlarının azadlığa buraxılması məsələsini müzakirə edəcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə “CBS” mənbələrə istinadən məlumat yayıb.

Uitkoff və Kuşnerin Dmitrievin vasitəçiliyi ilə Rusiyada məhkum edilmiş ABŞ vətəndaşlarının azad edilməsi mövzusunu müzakirə etməyə hazırlaşdıqları bildirilir.

Söhbət əsasən 66 yaşlı ABŞ vətəndaşı Aleksandr Antonovdan gedir.

Məlumata görə, o, 2025-ci ildə Rusiyaya daxil olarkən saxlanılıb və sonradan terrorçuluğa və ekstremizmə çağırış ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, danışıqlar zamanı 2025-ci ildə Rusiyada silah qaçaqmalçılığı ittihamı ilə 5 il müddətinə həbs cəzası alan amerikalı Çak Zemmermanın azadlığa buraxılması məsələsinin də qaldırılması gözlənilir.

Tərəflər arasında bu diplomatik danışıqların məhbus mübadiləsi və ya cəzaların yüngülləşdirilməsi ilə bağlı razılaşmaya gətirib çıxaracağı proqnozlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az