Tənzilə Rüstəmxanlı Həmrəylik Forumunda Türk dünyasına çağırış etdi – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı Həmrəylik Forumunda Türk dünyasına çağırış etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib.

İnterpress.az xəbər verir ki, forumda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin QHT nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, ekspertlər və ictimai fəallar iştirak edirlər.

Tədbirin əsas məqsədi türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin təşviqi, humanitar, sosial, mədəni və ictimai istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının müzakirəsidir.

Forumda Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Tənzilə Rüstəmxanlı çıxış edib.

O, türk dünyası vətəndaş cəmiyyəti təsisatlarını vahid qüvvə kimi daha sıx birləşməyə çağırıb.