İran dünya internetini kəsməklə hədələyib: “Google”, “Microsoft” və “Amazon”dan ödəniş tələb olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.
İran hakimiyyəti beynəlxalq nəhəng İT korporasiyalarına qarşı gözlənilməz və sərt tələblər irəli sürüb.
Rəsmi Tehran Avropa, Asiya və Fars körfəzi ölkələrini birləşdirən Hörmüz boğazından keçən sualtı kabellərə görə “Google”, “Microsoft” və “Amazon” kimi şirkətlərdən ödəniş tələb edir.
İran hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi Ebrahim Zolfəqari açıq şəkildə bildirib ki, əgər korporasiyalar tələb olunan vəsaiti ödəməsələr, internet trafiki dayandırılacaq.
Mütəxəssislər xəbərdarlıq edir ki, sözügedən xətlərin sıradan çıxarılması qlobal miqyasda ciddi fəsadlara yol açacaq.
Belə bir addım bank sistemlərinin, birjaların, striminq platformalarının, bulud xidmətlərinin və neyron şəbəkələrinin fəaliyyətini tamamilə iflic edə bilər.
Hazırda beynəlxalq ictimaiyyət və texnologiya nəhəngləri İranın bu təhdidinə qarşı atılacaq addımları müzakirə edir.
Xuraman Etibarlı
İnterpress.az






