Avropa İttifaqı Şurası Əsədin keçmiş rejimi ilə bağlı məhdudiyyət tədbirlərini bir il müddətinə uzadıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Avropa İttifaqı Şurası Suriyada Əsədin keçmiş rejimi ilə əlaqəli olan fiziki və hüquqi şəxslərə qarşı tətbiq edilən məhdudiyyət tədbirlərini 1 iyun 2027-ci il tarixinədək uzatmaq barədə qərar qəbul edib.
Bununla yanaşı, Şura 7 təşkilatın, o cümlədən Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin sanksiya siyahısından çıxarılması haqqında qərar verib.
Xatırladaq ki, 2025-ci ilin may ayında ölkədə sülh və inklüziv keçidi dəstəkləmək, sosial-iqtisadi bərpanı və yenidənqurmanı təmin etmək məqsədilə Aİ-nin Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edilmişdi.
Sanksiya rejiminin qismən saxlanılması Aİ-nin Suriyada siyasi prosesləri və insan hüquqları ilə bağlı narahatlıqlarını əks etdirir.
Xuraman Etibarlı
İnterpress.az






