PSB və “A7” sistemi biznes üçün İslam pul köçürmələri xidmətini TƏQDİM ETDİbackend

PSB və “A7” sistemi biznes üçün İslam pul köçürmələri xidmətini TƏQDİM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSB və “A7” beynəlxalq ödəniş sistemi biznes üçün İslam transmilli pul köçürmələri xidmətini işə salıb

İnterpress.az xəbər verir ki, bu barədə “KazanForum 2026” tədbirində məlumat yayıb.

Yeni maliyyə məhsulu beynəlxalq şəriət standartı olan AAOIFI-yə tam uyğundur.

Layihə “KazanForum 2026” çərçivəsində Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsi tərəfindən fətva alıb.

PSB sədrinin müavini Dmitri Makveyevin sözlərinə görə, bu xidmət ilk növbədə kiçik biznes nümayəndələrinə Asiya, Şərq və Afrika ölkələrindəki tərəfdaşları ilə İslam hüququ normaları çərçivəsində hesablaşmalar aparmağa imkan verəcək:

“Hazırda Rusiya iqtisadiyyatı və sənayesində yeni ixrac və idxal istiqamətləri yaranır. Perspektivdə İslam maliyyə məhsullarının xarici iqtisadi fəaliyyət çərçivəsində tələbatı artacaq, buna görə də PSB müştərilərin rahatlığı üçün xarici iqtisadi fəaliyyət infrastrukturunu planlı şəkildə inkişaf etdirir”.

Yeni sistemin tətbiqi Rusiya ilə İslam ölkələri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Xuraman Etibarlı

İnterpress.az