Si Cinpin Trampla söhbətində Putinin Ukraynaya müdaxilə etdiyinə görə peşman ola biləcəyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çin Xalq Respublikasının sədri Si Cinpin Donald Trampla xüsusi söhbəti zamanı Vladimir Putinin Ukraynaya qarşı müharibəyə başlaması ilə bağlı sərt fikirlər səsləndirib.
Si Cinpin bildirib ki, Rusiya Prezidenti Ukraynaya müdaxilə etdiyinə görə “peşman ola bilər”.
Bu açıqlama Çin liderinin müharibə ilə bağlı indiyədək ictimai şəkildə verdiyi bütün bəyanatlardan daha kəskin və ciddi hesab edilir.
Maraqlıdır ki, bu xəbər Vladimir Putinin özünün 25 illik hakimiyyəti dövründə Çinlə tərəfdaşlığının ildönümü ilə bağlı sammit üçün Pekinə gəldiyi anda yayılıb.
Bu məlumatın sammit zamanı ortaya çıxması Çin-Rusiya münasibətlərindəki gizli gərginlikləri və Pekinin müharibəyə olan yanaşmasındakı mümkün dəyişiklikləri gündəmə gətirib.
Xuraman Etibarlı
İnterpress.az






