Fələstin administrasiyası müharibəyə başlayıb və müharibə də görəcək.
İnterpress.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
İsrailin maliyyə naziri Bezalel Smotriç fələstinli rəsmilərə qarşı sərt bəyanatlarla çıxış edib.
O, Fələstin administrasiyasını müharibəyə başlamaqda ittiham edərək, buna cavab olaraq əks-addımlar atacaqlarını bildirib.
Smotriç Xan-əl-Əhmər yaşayış məntəqəsinin təxliyə edilməsi ilə bağlı rəsmi əmr imzaladığını açıqlayıb:
“Fələstin administrasiyası müharibəyə başlayıb və o, müharibə də görəcək. Mən Xan-əl-Əhmərin təxliyəsi barədə əmr imzalamışam”.
Nazirin bu bəyanatı bölgədə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Xuraman Etibarlı
İnterpress.az






