Hindistan Hörmüz boğazından neft tankerlərini keçirməyə HAZIRLAŞIRbackend

Hindistan Hörmüz boğazından neft tankerlərini keçirməyə HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Hörmüz boğazına neft tankerləri göndərməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Hindistan Yaxın Şərqdən enerji resursları yükləmək üçün gəmilərini Hörmüz boğazından keçirməyə hazırlaşır.

Bu, regionda münaqişənin başlamasından bəri Hindistanın belə bir addım atdığı ilk hal olacaq.

Məlumata görə, planlar artıq təsdiqlənib və hökumətin son icazəsi alındıqdan dərhal sonra gəmilər boğazdan keçməyə cəhd edəcəklər.

Bununla belə, boğazı və ətraf suları ayrı-ayrılıqda blokadaya alan ABŞ-nin Hindistanın gəmilərinin keçidinə icazə verib-vermədiyi hələlik bəlli deyil.

Bu addım Hindistanın enerji təhlükəsizliyini təmin etmək üçün yaranmış qlobal gərginlik fonunda atdığı riskli bir addım kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az