Tramp ABŞ-nin İrandan alınacaq nüvə yanacağını məhv edəcəyini bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyini sərt şəkildə açıqlayıb.
Jurnalistlərin “ABŞ İranın yüksək zənginləşdirilmiş uranı özündə saxlamasına razılıq verəcəkmi?” sualına Tramp qəti cavab verib:
“Xeyr, onu biz alacağıq. Bizə bu lazım deyil, biz bunu istəmirik. Çox güman ki, onu əldə etdikdən sonra məhv edəcəyik”.
Trampın sözlərinə görə, ABŞ-nin əsas məqsədi İranın nüvə yanacağına yiyələnməsinin qarşısını almaq və onu qlobal təhlükəsizlik üçün təsirsiz hala gətirməkdir.
Bu açıqlama İranın nüvə danışıqları prosesində rəsmi Tehranın mümkün güzəştləri və ABŞ-nin onlara qarşı cavab tədbirləri ilə bağlı beynəlxalq müzakirələri yeni mərhələyə daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






