ABŞ Polşaya 5 min əlavə hərbçi GÖNDƏRİR: Trampdan YENİ QƏRARbackend

ABŞ Polşaya 5 min əlavə hərbçi GÖNDƏRİR: Trampdan YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Polşadakı hərbi kontingentini artırmaq qərarına gəlib.

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, ölkənin hərbi iştirakını genişləndirmək məqsədilə Polşaya əlavə 5 min Amerika hərbçisi göndəriləcək.

Bu qərarın NATO çərçivəsində müttəfiqlərin təhlükəsizliyinin təmin olunması və bölgədəki hərbi potensialın gücləndirilməsi üçün atılan addım olduğu bildirilir.

Hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı detallar və kontingentin hansı bölgələrdə dislokasiya olunacağı barədə əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az