Amerikalı maliyyəçidən ŞOK İDDİA: “İrandan sonra növbədə Türkiyədir” – VİDEObackend

Amerikalı maliyyəçidən ŞOK İDDİA: “İrandan sonra növbədə Türkiyədir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan sonra Türkiyə ABŞ-nin əlindən əziyyət çəkəcək.

İnterpress.az xəbər verir ki, bu barədə amerikalı maliyyəçi Ciyanq bəyanat verib.

Amerikalı maliyyəçi Yaxın Şərqdəki münaqişələrlə bağlı diqqətçəkən iddia ilə çıxış edib.

O, İsrailin müharibəni mümkün qədər uzatmağa çalışdığını və bunun vasitəsilə regiondakı bütün əsas rəqiblərini sıradan çıxarmağı hədəflədiyini vurğulayıb.

Ciyanqın sözlərinə görə, İsrailin strategiyası mərhələli şəkildə həyata keçirilir:

“İsrailin bu müharibəni öz əsas düşmənlərini məhv etmək üçün bir vasitə kimi gördüyü maraqlıdır. İsraillilər artıq bu barədə danışırlar. İrandan sonra növbədə Türkiyədir.

Bu müharibə artıq Səudiyyə Ərəbistanını və Fars körfəzi ölkələrini dağıdır. Sonuncu rəqib isə Türkiyədir. Türkiyə bu müharibəyə cəlb edildiyi an İsrail “Böyük İsrail” layihəsini reallaşdıracaq”.

Maliyyəçinin bu fikirləri beynəlxalq siyasi ekspertlər tərəfindən regiondakı geopolitik təhdidlərin təhlili kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az