ABŞ qoşunları Avropanı tərk edir? – İtaliya XİN-dən AÇIQLAMAbackend

ABŞ qoşunları Avropanı tərk edir? – İtaliya XİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya ABŞ-dən qoşunlarının geri çəkilməsi ilə bağlı rəsmi bildiriş almayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər naziri Antonio Tayani məlumat verib.

İtaliya Xarici İşlər naziri ABŞ qüvvələrinin Avropadan çıxarılması barədə yayılan iddialara münasibət bildirib.

O, ölkəsinin Vaşinqtondan bu barədə hər hansı rəsmi bildiriş almadığını vurğulayıb.

Tayani Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılmasını “səhv” hesab etdiyini bildirib.

O, İtaliyanın həm Avropa İttifaqı, həm də NATO daxilində mühüm rol oynamaqda maraqlı olduğunu qeyd edib.

Rəsmi Roma regionun təhlükəsizlik arxitekturasının qorunub saxlanılmasında ABŞ-nin hərbi iştirakını kritik əhəmiyyətli hesab edir.

Xuraman Etibarlı

İnterpress.az