Avropa İttifaqı İrana qarşı yeni sanksiya HAZIRLAYIRbackend

Avropa İttifaqı İrana qarşı yeni sanksiya HAZIRLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ İranın Hörmüz boğazını blokadaya almasına qarşı yeni sanksiya rejimi yaradıb.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının qətnaməsində məlumat yayıb.

Avropa İttifaqı İranın Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı yeni sanksiya mexanizmi hazırlayıb.

Qətnamədə qeyd olunur ki, bu genişləndirilmiş sanksiya rejimi Yaxın Şərqdə gəmiçilik azadlığına təhdid yaradan hərəkətlərlə bağlı olan fiziki və hüquqi şəxslərə qarşı yönəldiləcək.

Yeni rejim çərçivəsində hələlik konkret sanksiyalar tətbiq olunmasa da, yaxın vaxtlarda siyahıların açıqlanacağı gözlənilir.

Sanksiya mexanizmi Aİ-yə giriş qadağasını və aktivlərin dondurulmasını nəzərdə tutur.

Bu qərar beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək və regionda sabitliyi qorumaq məqsədi daşıyır.

Xuraman Etibarlı

İnterpress.az