“Financial Times”: ABŞ İsrailin “Ben-Qurion” hava limanını hərbi bazaya çeviribbackend

“Financial Times”: ABŞ İsrailin “Ben-Qurion” hava limanını hərbi bazaya çevirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İsrailin “Ben-Qurion” hava limanında onlarla hərbi təyyarə yerləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ-nin İsraildə hərbi mövcudluğunu artırması davam edir. İki ölkənin İranla apardığı müharibədə atəşkəs əldə olunmasına baxmayaraq, İsrailin əsas mülki hava limanı olan “Ben-Qurion”da onlarla Amerika hərbi təyyarəsi yerləşdirilib.

“Financial Times” tərəfindən təhlil edilən peyk şəkilləri göstərir ki, may ayı ərzində hava limanının ərazisində ən azı 50 hərbi yanacaqdolduran təyyarə olub.

Məlumata görə, mülki hava limanında yerləşdirilən hərbi təyyarələrin sayı fevralın sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan əvvəl davamlı şəkildə artıb.

Daha əvvəl bu hərbi varlıq ciddi şəkildə gizli saxlanılıb.

İsrail mediasının məlumatına görə, hətta hava limanı əməkdaşlarından biri hərbi təyyarələrin fotosunu “WhatsApp” qrupunda paylaşdığı üçün cəzalandırılıb.

Hava limanında hərbi təyyarələrin bu qədər yüksək konsentrasiyası regionda hərbi hazırlıqların hələ də yüksək səviyyədə olduğunu göstərir.

Xuraman Etibarlı

İnterpress.az