Ermənistanda SEÇKİ ŞOKU – Müxalifət seçkiləri TƏRK ETDİbackend

Ermənistanda SEÇKİ ŞOKU – Müxalifət seçkiləri TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalifət partiyası seçkilərdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Ermənistanın müxalifət yönümlü “Alyans” partiyası seçkilərdə iştirakdan imtina edib.

Partiya öz seçki siyahısının qeydiyyatının ləğvi ilə bağlı MSK-ya rəsmi müraciət göndərib. Qurumun bu məsələni müzakirə etmək üçün açıq iclas keçirəcəyi bildirilir.

Partiya lideri Urixanyan bildirib ki, Paşinyan və onun partiyası qalib gələrsə, üzvləri “radikal mübarizəyə və xalq dalğasının formalaşmasına sadiq qalacaqlar”.

KİV-in məlumatına görə, bundan əvvəl MSK Urixanyanın namizədliyinin qeydə alınmasından imtina edib.

Buna səbəb onun ölkədə yaşamaq senzi (qanunvericiliyə görə, vətəndaş son 4 il ərzində Ermənistanda yaşamalıdır) ilə bağlı problemlərin olmasıdır.

Seçkilər ərəfəsində müxalifətin belə bir addım atması ölkədə siyasi vəziyyətin daha da gərginləşə biləcəyinə dair proqnozları artırır.

Xuraman Etibarlı

İnterpress.az