Berlində GİZLİ SAMMİT: Ukrayna və Avropa ölkələri danışıqlara BAŞLADIbackend

Berlində GİZLİ SAMMİT: Ukrayna və Avropa ölkələri danışıqlara BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlində Ukrayna və Avropa ölkələri arasında qapalı danışıqlar keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Ukraynanın əsas danışıqlarçısı Rustem Umerov gözlənilmədən Berlində səfərdədir. Jurnalistlərin məlumatına görə, səfər Kiyevin müharibəyə son qoymaq üçün göstərdiyi yeni diplomatik səylər və Moskvanın sərt təhdidləri ilə birbaşa bağlıdır.

Nəşr yazır ki, Umerovun Berlində Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik müşavirləri ilə görüşməsi nəzərdə tutulub. Danışıqlar tamamilə qapalı rejimdə keçirilir.

Almaniya kanslerinin ofisi və Ukraynanın Berlindəki səfirliyi görüşün detalları barədə açıqlama verməyib.

Məlumata görə, kanslerin nümayəndəsi görüşü yalnız “konfidensial” adlandırmaqla kifayətlənib.

Ukrayna nümayəndəsinin bu qəfil səfəri və yüksək səviyyəli görüşlərin keçirilməsi regionda diplomatik hərəkətliliyin artdığını göstərir.

Xuraman Etibarlı

İnterpress.az