Qazaxıstan XİN “qaçqın mərkəzləri” ilə bağlı iddiaları TƏKZİB ETDİbackend

Qazaxıstan XİN “qaçqın mərkəzləri” ilə bağlı iddiaları TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan XİN Aİ ilə qaçqınlar üçün mərkəzlərin yaradılması ilə bağlı danışıqlar aparmır.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Jetibayev məlumat yayıb.

Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkədə qaçqınlar üçün saxlanılma mərkəzlərinin yaradılması ilə bağlı yayılan iddiaları rədd edib.

Nazirlik rəsmisi Jetibayev vurğulayıb ki, Avropa İttifaqı (Aİ) ilə bu istiqamətdə heç bir danışıq aparılmır.

Nazirlik nümayəndəsinin sözlərinə görə, hazırda Avropa tərəfi ilə əsas müzakirələr Qazaxıstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlıdır.

O qeyd edib ki, bu müzakirələr respublikanın xaricə qanunsuz yollarla çıxan vətəndaşlarını geri qəbul etməsini öhdəsinə götürən readmissiya sazişi ilə paralel şəkildə aparılır.

Qeyd edək ki, bundan əvvəl “Politico” nəşri Avropa İttifaqının Qazaxıstan və Özbəkistanda qaçqınlar üçün saxlanılma mərkəzlərinin yaradılması ideyasını nəzərdən keçirdiyini yazmışdı.

Rəsmi Astana Avropa İttifaqı ilə əməkdaşlığı yalnız vətəndaşlarının maraqlarına uyğun olan viza sadələşdirilməsi kimi sahələrdə davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az