İsrailin “Mossad” kəşfiyyat xidmətinə yeni rəhbər təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu məlumat yayıb.
İsrailin Baş naziri Binyamin Netanyahu Qofmanın “Mossad”ın yeni rəhbəri vəzifəsinə təyin olunduğunu elan edib.
Baş nazir onun peşəkar keyfiyyətlərini və bu vəzifəyə qədər keçdiyi yolu yüksək qiymətləndirib.
Təyinat mərasimi zamanı Netanyahu “Mossad”ın qarşısında duran əsas vəzifələri açıqlayıb.
O, kəşfiyyat xidmətinin İrana qarşı mübarizədə aparıcı rol oynamağa davam edəcəyini və Tehranın nüvə silahına yiyələnməsinə heç bir halda yol verilməyəcəyini vurğulayıb.
Yeni rəhbərin təyinatı regionda təhlükəsizlik və kəşfiyyat sahəsində İsrailin mövqeyinin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






