Britaniyada İsrail veteranlarına qarşı KAMPANİYA – 13 min imza TOPLANDIbackend

Britaniyada İsrail veteranlarına qarşı KAMPANİYA – 13 min imza TOPLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada İsrail ordusunun veteranlarının fəaliyyətinin araşdırılması üçün petisiya başladılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Declassified UK” nəşri məlumat yayıb.

Böyük Britaniyadakı İsrail əleyhinə təşkilatlar Britaniya vətəndaşlığı olan İsrail ordusunun veteranlarının fəaliyyətinin araşdırılması və onların sərhəddə yoxlanılması tələbi ilə kampaniyaya başlayıblar.

“Declassified UK” nəşri və Fələstinlilər üçün Beynəlxalq Ədalət Mərkəzi (ICJP) tərəfindən hazırlanan petisiya daxili işlər naziri Mahmud və xarici işlər naziri Kuperə ünvanlanıb.

Artıq 13 mindən çox şəxsin imzaladığı petisiyada Britaniya hökumətindən İsrail ordusunda xidmət edən və ya İsraildən gələn şəxslərin hərbi xidmətləri barədə məlumatları açıqlamaları tələb olunur.

Kampaniya iştirakçıları bu şəxslərin müharibə cinayətləri törədib-törətmədiklərinin yoxlanılmasını, habelə veteranların istintaq və məhkəmə yolu ilə təqib edilməsini tələb edirlər.

İmzaların sayının artması ilə bağlı Britaniya hökumətinin məsələyə rəsmi reaksiya verib-verməyəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az