Tənzilə Rüstəmxanlı Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində Türk Eğitim-Sen təşkilatını ziyarət edib.
İnterpress.az xəbər verir ki, Türk Eğitim-Sen-in Genel Başqanı Talip Geylan ilə keçirilən görüşdə millət vəkili Səbinə Salman, eləcə də Türk Emekli-Sen Genel Başkanı Seyit Ali Kaplan iştirak etmişdir.
Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hər keçən gün daha da möhkəmlənməsinin sevindirici hal olduğu vurğulanmışdır.
Bildirilmişdir ki, iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki tərəfin dövlət rəsmilərinin və ictimai institutlarının öz fəaliyyət sahələrində daha sıx əməkdaşlıq etməsi mühüm əhəmiyyət daşıyır.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi şəraitində keçmişdir.






