Almaniyanın BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlubiyyətinin arxasında Rusiya dayana bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” almaniyalı diplomatlara istinadən məlumat yayıb.
BMT Baş Assambleyasında keçirilən səsvermədə Almaniyanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək cəhdi uğursuzluqla nəticələnib.
Berlin rəsmiləri bu məğlubiyyətin arxasında Rusiyanın dayandığını iddia edirlər.
Diplomatların sözlərinə görə, Moskva Cənub yarımkürəsindəki bir çox ölkəyə Almaniyanın namizədliyi əleyhinə səs vermələri üçün fəal təşviqat aparıb.
Almaniya Xarici İşlər naziri İohann Vadefulun sözlərinə görə, Rusiyanın bu mövqeyi onun Almaniya nümayəndələrinin Ukraynadakı müharibəni gündəmin əsas mövzusu edəcəyindən ehtiyatlanması ilə bağlı olub. Kreml bu ssenarinin qarşısını almağa çalışıb.
Səsvermənin nəticələrinə Almaniyanın öz siyasəti də təsir göstərib. Xüsusilə, Berlinin ABŞ-nin beynəlxalq hüquq baxımından mübahisəli olan Venesuela əməliyyatına qarşı göstərdiyi təmkinli mövqe Latın Amerikası ölkələrində narazılıqla qarşılanıb və bu, səsvermədə öz əksini tapıb.
İxracat bazarlarında və diplomatik arenada yaşanan bu uğursuzluq Almaniyanın xarici siyasət strategiyasının yenidən nəzərdən keçirilməsi zərurətini ortaya qoyur.
Xuraman Etibarlı
İnterpress.az






