Paşinyan Respublika meydanında səsləndirilən Azərbaycan dilindəki mətni “biabırçı tarixi hadisə” adlandırıb
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın mediası məlumat yayıb.
Ermənistan hökumətinin başçısı dünən Respublika meydanında Azərbaycan dilində səsləndirilən mətni kəskin şəkildə qınayıb.
Paşinyan bunu “biabırçı tarixi hadisə” kimi qiymətləndirib.
Baş nazir bildirib ki, azərbaycanlıların gəlişi mövzusu keçmiş seçkilərdə digər siyasi qüvvələr tərəfindən də istifadə edilib, lakin hakimiyyət bu məsələni artıq bağlayıb.
Paşinyanın bu bəyanatı Ermənistan cəmiyyətində və siyasi dairələrində geniş müzakirə olunur.
Xuraman Etibarlı
İnterpress.az






