Paşinyan Tatoyanı yalançılıqda suçlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq ombudsman Arman Tatoyanın ünvanına sərt ittihamlar səsləndirib.
Hökumət rəhbəri bildirib ki, Tatoyan Azərbaycanda azərbaycanlıların qayıdışı üçün ID-kartların (şəxsiyyət vəsiqələrinin) paylanması barədə iddialar irəli sürərək yalan məlumat yayıb.
Əlavə olaraq bildirək ki, Ermənistanın Baş naziri Arman Tatoyanı dezinformasiya yayan əsas mənbələrdən biri adlandırıb və onun bu cür əsassız uydurmalarını tənqid edib.
Xuraman Etibarlı
İnterpress.az






