Ərdoğanın oğlu PMEF-ə qatılmaq üçün Rusiyaya GETDİ – VİDEObackend

Ərdoğanın oğlu PMEF-ə qatılmaq üçün Rusiyaya GETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğanın oğlu PMEF-də iştirak etmək üçün Sankt-Peterburqa səfər edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF) iştirak etmək üçün bu şəhərə rəsmi səfər edib.

Müvafiq komitənin yaydığı məlumatda qeyd olunur ki, onun bu səfəri rəmzi bir dövrə təsadüf edir. Məhz bu günlərdə Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 106 illiyi qeyd olunur.

Əlavə olaraq bildirək ki, Bilal Ərdoğanın səfər proqramı çərçivəsində ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, o cümlədən mədəni irsin mühüm elementi kimi ənənəvi idman növlərinin təbliğinə yönəlmiş müxtəlif görüşlərin və tədbirlərin keçirilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az