Voronejdə çayda 11 yaşlı uşağı vurub öldürən kater sürücüsü saxlanılıb: Qatillər “TikTok” videosu sayəsində tapılıb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Voronej su anbarında çimən 11 yaşlı azyaşlı oğlanı sürətlə əzərək öldürən və hadisə yerindən qaçan katerin sürücüsü rəsmi olaraq saxlanılıb.
Məlumata görə, həmin şəxs 45 yaşlı Daniil M.-dir. Polis səhər saat 05:00 radələrində kateri aşkar edib, sürücünün isə hədsiz dərəcədə sərxoş olduğu müəyyən edilib.
Hadisə zamanı onunla birlikdə göyərtədə bir qrup tanışı da olub. İstintaq qrupu qəzada iştirak edən bütün şəxsləri onların gəzinti zamanı çəkib paylaşdıqları “TikTok” videoları vasitəsilə müəyyənləşdirib.
Sürücü hazırda ağır sərxoşluq vəziyyətində olduğu üçün onu hələlik dindirmək mümkün olmayıb.
Hadisə dünən baş vermiş və toqquşmadan sonra kater dərhal ərazidən qaçmışdı.
Saxlanılan sürücünü ehtiyatsızlıqdan adam öldürmə və su nəqliyyatının istismar qaydalarını pozma maddələri ilə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cinayət işinin araşdırılması Moskva Nəqliyyat Prokurorluğunun xüsusi nəzarətinə götürülüb.
Xuraman Etibarlı
İnterpress.az






