DÇ-2026-da İNANILMAZ QƏRAR: İngiltərə millisinə Meksika matçından əvvəl “viaqra” icazəsi VERİLDİbackend

DÇ-2026-da İNANILMAZ QƏRAR: İngiltərə millisinə Meksika matçından əvvəl “viaqra” icazəsi VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2026-da İngiltərə futbolçularına Meksika ilə oyundan əvvəl “viaqra” qəbul etməyə icazə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ümumdünya Antidopinq Agentliyi (WADA) Futbol üzrə 2026-cı il Dünya Çempionatı çərçivəsində keçiriləcək İngiltərə – Meksika matçından əvvəl ingiltərəli futbolçulara qeyri-adi icazə verib.

Qərara əsasən, İngiltərə millisinin oyunçuları rəqiblə qarşılaşmadan əvvəl “viaqra” preparatından sərbəst şəkildə istifadə edə biləcəklər.

Mütəxəssislər qeyd edirlər ki, bu dərman qan dövranını sürətləndirir və yüksək dağlıq ərazilərdə (məsələn, Meksikanın bəzi stadionlarında) oksigen çatışmazlığının mənfi təsirlərini azaldır.

WADA bu preparatı qadağan olunmuş maddələr siyahısına daxil etmədiyi üçün futbolçuların ondan istifadəsinə heç bir hüquqi maneə qalmayıb.

Bu qərar idman ictimaiyyətində geniş müzakirələrə yol açıb.

Xuraman Etibarlı

İnterpress.az