Xəstəxanada narkotik bükümlərini kruassanın içərisində gizlədiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvada xəstəxanalardan birində müalicə alan pasiyentə içərisində mefedron (sintetik narkotik maddə) olan kruassan ötürmək cəhdinin qarşısı alınıb.
Şirniyyatın içindən kənara çıxan şübhəli bükümləri fərq edən xəstəxana mühafizəçisi dərhal polis və təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırıb.
Çatdırılmanı həyata keçirən kuryer ilkin dindirilmə zamanı şirniyyatın içərisində nə olduğundan tamamilə xəbərsiz olduğunu iddia edib.
Faktla bağlı polis tərəfindən cinayət işi başlanıb, narkotik bükümlərini kuryer vasitəsilə göndərən və onu qəbul etməli olan pasiyentin müəyyənləşdirilməsi istiqamətində təcili əməliyyat tədbirləri aparılır.

Xuraman Etibarlı
İnterpress.az






