Suriya və İraq sərhəd təhlükəsizliyini gücləndirmək barədə RAZILIĞA GƏLDİbackend

Suriya və İraq sərhəd təhlükəsizliyini gücləndirmək barədə RAZILIĞA GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya və İraq sərhəd təhlükəsizliyini gücləndirmək barədə razılığa gəlib.

İnterpress.az xəbər verir ki, Suriya və İraq nümayəndələri iki ölkə arasındakı ümumi sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Suriya Müdafiə Nazirliyinin sərhəd qoşunlarının komandanı Əbdül Qani başda olmaqla nümayəndə heyəti Bağdada səfər edib. Nümayəndə heyəti burada İraq Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının komandanı Səqr ilə görüş keçirib.

Suriya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, danışıqlar zamanı ümumi sərhədin daha etibarlı mühafizəsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi və hər iki ölkənin sərhəd bölmələri arasında koordinasiyanın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş İraqın xarici işlər naziri Fuad Hüseynin Dəməşqə səfərindən qısa müddət sonra baş tutub. Həmin səfərin yekununda tərəflər təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məqsədilə yüksək səviyyəli birgə koordinasiya komitəsinin yaradılması barədə razılığa gəliblər.

Xuraman Etibarlı

İnterpress.az