Perm diyarında qayadan yıxılan turist qadın həyatını itirib, digər qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Perm diyarında baş verib. Məlumata görə, 45 və 46 yaşlı iki qadın Çusovaya çayı ilə səyahətə çıxıb.
Səyahət zamanı onlar “Sarı Daş” adlanan qayaya qalxıblar. İlkin məlumata əsasən, qadınlardan biri foto çəkdirərkən müvazinətini itirərək qayadan yıxılıb. Digər qadın da eniş zamanı yıxılaraq xəsarət alıb.
Hadisə nəticəsində qadınlardan biri aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər turist isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






