Kseniya Sobçakın milyonluq “Telegram” kanalları OĞURLANDIbackend

Kseniya Sobçakın milyonluq “Telegram” kanalları OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kseniya Sobçak iki böyük “Telegram” kanalına nəzarəti itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya mətbuatının tanınmış simalarından olan Kseniya Sobçak özünə məxsus iki iri “Telegram” kanalına nəzarəti tamamilə itirib.

Qeyd olunur ki, söhbət ölkənin “Telegram” məkanında öndə gedən, müvafiq olaraq 1,1 milyon və 372 min abunəçisi olan “Krovavaya barınya” və “Sobçak” kanallarından gedir.

İlkin ehtimallara görə, hər iki media resursu fişinq (kiberdələduzluq) üsulu ilə ələ keçirilib.

Kseniya Sobçak verdiyi açıqlamada sözügedən resurslara giriş imkanını itirdiyini təsdiqləyib.

O bildirib ki, iyulun 8-i saat 14:00-dan etibarən həmin kanallarda dərc olunan heç bir məlumat, paylaşım və yazışmalarla nə onun, nə də komandasının hər hansı əlaqəsi yoxdur.

Xuraman Etibarlı
İnterpress.az