14 yaşdan kiçik uşaqlar üçün manikür QADAĞAN EDİLİRbackend

14 yaşdan kiçik uşaqlar üçün manikür QADAĞAN EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 14 yaşınadək uşaqlara manikür etmək qadağan olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyada 14 yaşınadək uşaqlar üçün manikür xidmətlərinin göstərilməsi qadağan ediləcək.

Gözəllik salonları üçün qüvvəyə minəcək yeni dövlət standartına (QOST) əsasən, dekabr ayından etibarən bu yaş qrupuna aid uşaqlara kəsici (klassik) manikür, gel-lak örtüyü və dırnaq qaynağı xidmətlərinin göstərilməsinə icazə verilməyəcək.

15-17 yaşlı yeniyetmələr isə bu prosedurlardan yalnız valideynlərinin rəsmi razılığı ilə yararlana biləcəklər.

Mütəxəssislərin fikrincə, bu qadağa uşaqların sağlamlığını qorumaq məqsədi daşıyır.

Belə ki, erkən yaşlarda dırnaq lövhəsi hələ tam formalaşmadığı üçün bu cür kosmetik prosedurlar dırnaqların inkişafına kəskin mənfi təsir göstərə bilər.

DYeni qaydalar ölkədəki bütün gözəllik salonları üçün məcburi xarakter daşıyacaq.

Xuraman Etibarlı

İnterpress.az