“Mişlen” ulduzlu türk aşpaz Trampı HEYRAN ETDİ: Resepti Ağ Evə GEDİRbackend

“Mişlen” ulduzlu türk aşpaz Trampı HEYRAN ETDİ: Resepti Ağ Evə GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp məşhur türk şef-aşpazından bəyəndili təndirin reseptini istəyib

İnterpress.az xəbər verir ki, bu barədə türk jurnalist Ertuğrul Özkök məlumat yayıb.

NATO sammitinin şam yeməyi menyusunu hazırlayan “Mişlen” ulduzlu məşhur türk şef-aşpaz Fatih Tutak maraqlı açıqlama verib.

O bildirib ki, Donald Tramp sammit zamanı təqdim olunan yeməklərdən ən çox bəyəndi (badımcan pürəsi) ilə birgə təqdim edilən dana qabırğasından təndiri bəyənib.

Fatih Tutak qeyd edib ki, yemək Trampın o qədər xoşuna gəlib ki, o, dərhal həmin təamın reseptini istəyib.

Tramp bu xüsusi resepti Ağ Evin menyusuna daxil etmək niyyətində olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az