Əminə Ərdoğan NATO sammiti çərçivəsində birinci xanımları QƏBUL ETDİbackend

Əminə Ərdoğan NATO sammiti çərçivəsində birinci xanımları QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əminə Ərdoğan Ankarada NATO liderlərinin həyat yoldaşlarını qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Ankarada keçirilən NATO-nun 36-cı sammitində iştirak edən dövlət və hökumət başçılarının həyat yoldaşlarını qəbul edib.

Çankaya köşkündə baş tutan rəsmi qəbulda qonaqlar üçün xüsusi proqram təqdim olunub.

Görüş çərçivəsində birinci xanımlar və bəylər Türkiyənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Əminə Ərdoğan sammit çərçivəsində baş tutan bu cür görüşlərin ölkələr arasındakı dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az