Almaniyada gimnaziyada iki şagird yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Almaniyanın Bavariya regionundakı Şonqau şəhərində yerləşən gimnaziyalardan birində bıçaqlı hücum baş verib.
Hadisə nəticəsində ən azı iki azyaşlı qız ağır bədən xəsarətləri alıb. Yaralıların vəziyyəti ağır olsa da, həyatları üçün təhlükə olmadığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə cinayətdən sonra qaçmağa cəhd etsə də, qısa müddətdə polis tərəfindən saxlanılıb.
Saxlanılan yeniyetmədən bıçaq və odlu silah aşkar edilərək götürülüb, lakin zərərçəkənlərin yalnız bıçaq zərbələri ilə yaralandığı dəqiqləşib.
Hüquq-mühafizə orqanları şübhəlinin tək hərəkət etdiyini ehtimal edir və onun həmin məktəbin şagirdi olub-olmadığını araşdırır.
Əməliyyat zonasına 6 helikopter cəlb olunub və onlardan biri yaralıları dərhal xəstəxanaya çatdırıb.
Xuraman Etibarlı
İnterpress.az






