Argentinada QORXULU ANLAR: Pilot uçuş zamanı təyyarədən TULLANDIbackend

Argentinada QORXULU ANLAR: Pilot uçuş zamanı təyyarədən TULLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada pilot uçuş zamanı təyyarədən tullanıb, tələbə təyyarəni təkbaşına endirməli olub.

İnterpress.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Argentinada qeyri-adi və sarsıdıcı hadisə baş verib. 42 yaşlı təcrübəli pilot-təlimatçı uçuş zamanı gözlənilmədən təyyarənin qapısını açaraq özünü aşağı tullayıb.

O, tullanmazdan əvvəl yanındakı tələbə qıza yalnız bu sözləri deyib: “Nə etməli olduğunu bilirsən. Aeroport bax oradadır”.

Şoka düşən və çox az uçuş təcrübəsi olan tələbə qız çətinliklə də olsa, idarəetməni ələ alaraq təyyarəni təhlükəsiz şəkildə yerə endirməyi bacarıb.

Hadisədən sonra axtarışlara başlayan xilasedicilər pilotun cansız bədənini tarlada tapıblar.

Onun həmkarları bildiriblər ki, pilot uçuşdan əvvəl özünü olduqca sakit, mehriban və normal aparıb, heç bir şübhəli davranış nümayiş etdirməyib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az