Kasatkinanın Yunanıstandakı toyu ukraynalı idmançılar arasında mübahisəyə SƏBƏB OLDUbackend

Kasatkinanın Yunanıstandakı toyu ukraynalı idmançılar arasında mübahisəyə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı tennisçi rusiyalı həmkarları ilə rəqs edən idmançıları sərt tənqid edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

2025-ci ildən etibarən Avstraliyanı təmsil edən rusiyalı tennisçi Darya Kasatkina keçmiş rusiyalı fiqurlu konkisürən Natalya Zabiyako ilə Yunanıstanda evlənib.

Toy məclisində rusiyalı və ukraynalı idmançıların bir yerdə əylənməsi ukraynalı tennisçi Aleksandra Oleynikovanın sərt tənqidinə səbəb olub.

Oleynikova toyda rusiyalı idmançılarla birgə rəqs edən ukraynalı həmkarları Nadejda Kiçenok və Yuliya Starodubtsevaya müraciət edərək sosial şəbəkələrdə kəskin etirazını bildirib.

O, həmkarlarına əylənmək əvəzinə öz enerjilərini Ukrayna dəniz piyadaları üçün avtomobil alınması məqsədilə başladılan xeyriyyə kampaniyasına yönəltməyi təklif edib:

“Bunun üçün cəmi 5 min dollar (təxminən 8500 manat) toplamaq lazımdır. Yoxsa rusiyalı dostlarınız bunu başa düşməyəcək?”.

Kasatkina və Zabiyako öz münasibətlərini hələ 2022-ci ildə ictimaiyyətə açıq şəkildə elan ediblər və son illərdə Melburnda yaşayırlar.

Xuraman Etibarlı

İnterpress.аz