Rostovda tarlada YANĞIN: Tüstü 12 avtomobilin toqquşmasına SƏBƏB OLDU – VİDEObackend

Rostovda tarlada YANĞIN: Tüstü 12 avtomobilin toqquşmasına SƏBƏB OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rostovda buğda tarlasındakı yanğın səbəbindən 12 avtomobil toqquşub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Rostov vilayətində buğda tarlasında baş verən yanğın magistral yolda kütləvi yol-nəqliyyat hadisəsinə səbəb olub.

Yanğın nəticəsində yaranan kəskin tüstü dumanı səbəbindən 12 avtomobil bir-birinə çırpılıb. Bu barədə regionun Dövlət Avtomobil Müfəttişliyi rəsmi məlumat yayıb.

Qəza “Novorossiya” avtomobil yolunun 12-ci kilometrində, Rostov-na-Donu istiqamətində qeydə alınıb.

İlkin məlumatlara əsasən, zəif görünüş səbəbindən yolda 10 minik və 2 yük avtomobili toqquşub.

Kütləvi zəncirvari qəza nəticəsində yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə dərhal xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Tarladakı yanğının söndürülməsi və yoldakı hərəkətin bərpa edilməsi istiqamətində operativ işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.аz