Lamin Yamalın gənc valideynləri sosial şəbəkələrin əsas gündəminə çevrilib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Gənc futbol ulduzu Lamin Yamal barədə növbəti maraqlı və heyrətamiz fakt məlum olub. Hazırda futbolçunun atasının cəmi 34 yaşı var.
Belə ki, Lamin Yamal dünyaya gələn zaman onun anasının 16, atasının isə cəmi 15 yaşı olub. Hazırda gənc ulduzun atası dünya şöhrətli futbolçu Lionel Messidən də gəncdir.
Sosial şəbəkələrdə bu fakt böyük maraqla və heyranlıqla qarşılanıb.
İzləyicilər zarafatla qeyd edirlər ki, bir çox insanlar hələ də övlad sahibi olub-olmamaq barədə düşündükləri bir vaxtda, onların həmyaşıdları artıq Avropa və dünya çempionu böyüdüb tərbiyə ediblər.

Xuraman Etibarlı
İnterpress.аz






