İranın Misirdəki səfiri ilə səudiyyəli teleaparıcı arasında canlı yayımda kəskin mübahisə düşüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İranın Misirdəki səfiri ilə Səudiyyə Ərəbistanının teleaparıcısı arasında canlı yayımda Yaxın Şərqdəki münaqişələr və İranın regiondakı rolu barədə kəskin mübahisə baş verib.
Siyasi tok-şou zamanı tərəflər bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər.
Səfir Əli Xameneinin ölümündən sonra İranın qisas və intiqam almaq hüququnun olduğunu bildirib. Səudiyyəli aparıcı isə buna cavab olaraq, İranın müdaxiləsi səbəbindən təkcə Suriyada 500 min insanın öldüyünü, Livan, İraq və Yəmən xalqlarının da İrandan qisas almaq hüququnun olub-olmadığını soruşub.
Səfir bu ittihamları rədd edərək, İranın həmin ölkələrə rəsmi hökumətlərin dəvəti ilə daxil olduğunu qeyd edib.
Aparıcının “öz xalqına qarşı kimyəvi silah tətbiq edən hökumətlərinmi?” sualına isə səfir “bunlar ABŞ-nin yaratdığı terror qruplaşmalarına qarşı apardığımız mübarizəni qaralamaq üçün uydurulan təbliğatdır” cavabını verib.
Canlı yayımda baş verən bu gərgin debat sosial şəbəkələrdə geniş yayılıb və Yaxın Şərqdəki mövcud siyasi gərginliyi yenidən müzakirə obyektinə çevrib.
Xuraman Etibarlı
İnterpress.аz






