Kirpi sığallamaq BAHA BAŞA GƏLDİ: Gənc qız 3 ay quduzluq peyvəndi VURDURDU – VİDEObackend

Kirpi sığallamaq BAHA BAŞA GƏLDİ: Gənc qız 3 ay quduzluq peyvəndi VURDURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirpi sığallayan rusiyalı qadın üç ay quduzluq əleyhinə peyvənd vurdurmalı olub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada kirpi sığallayan gənc qızın ehtiyatsızlığı ona baha başa gəlib.

Vəhşi kirpinin tikanı qızın barmağına bataraq qanadıb və həkimlər bu səbəbdən ona dərhal təcili quduzluq əleyhinə vaksinasiya kursu təyin ediblər.

İlk peyvəndlərdən dərhal sonra gənc qızın bədən temperaturu kəskin yüksəlib və bədənində güclü titrəmə başlayıb.

Müayinələr zamanı bunun bədənin vurdurulan preparata qarşı verdiyi fərdi allergik reaksiya olduğu müəyyən edilib.

Bütün çətinliklərə baxmayaraq, gənc qız üç ay davam edən tam peyvənd kursunu rəsmən başa vurmalı olub.

Hazırda onun ümumi səhhətinin tamamilə yaxşı olduğu və heç bir təhlükənin qalmadığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz