Avtomobildən ayaqlarını çıxarıb içki içən şəxs 10 min manat CƏRİMƏ OLUNDUbackend

Avtomobildən ayaqlarını çıxarıb içki içən şəxs 10 min manat CƏRİMƏ OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə hərəkətdə olan maşından ayaqlarını çölə çıxarıb spirtli içki qəbul edən sürücü ağır cərimələnib.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyənin Bursa şəhərində yol hərəkəti təhlükəsizliyi qaydalarını kobud şəkildə pozan sürücü və avtomobil sahibinə qarşı rekord məbləğdə pul cəriməsi tətbiq edilib.

Sükan arxasında spirtli içki qəbul edən və hərəkətdə olan nəqliyyat vasitəsinin pəncərəsindən ayaqlarını çölə çıxaran sürücünün bu təhlükəli hərəkəti cəmiyyətdə böyük narazılığa səbəb olub.

Asayiş keşikçiləri tərəfindən aparılan araşdırmalardan sonra həm qaydanı pozan sürücüyə, həm də avtomobilin rəsmi sahibinə ümumilikdə 280 min türk lirəsi (təxminən 10 000 manat) məbləğində inzibati cərimə kəsilib.

Sosial şəbəkələrdə yayılan qeyri-etik görüntülərdən dərhal sonra hərəkətə keçən Bursa yol polisi sürücünün şəxsiyyətini müəyyənləşdirərək onu saxlayıb.

Avtomobil isə müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.аz