Diabet xəstələrinin NƏZƏRİNƏ: Şəkər əvəzediciləri beyni sürətlə QOCALDIRbackend

Diabet xəstələrinin NƏZƏRİNƏ: Şəkər əvəzediciləri beyni sürətlə QOCALDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, populyar şəkər əvəzediciləri beynin sürətli qocalmasına səbəb olur.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni elmi araşdırma bəzi şəkər əvəzedicilərinin (şirinləşdiricilərin) zamanla beyin sağlamlığına kəskin mənfi təsir göstərdiyini ortaya qoyub.

Alimlər bəzi süni dadlandırıcıların tez-tez istifadəsi ilə yaddaşın və təfəkkürün daha sürətlə zəifləməsi arasında birbaşa əlaqə aşkar ediblər.

Braziliyada təxminən 13 min yetkin insan üzərində 8 il ərzində aparılan gərgin tədqiqat zamanı aspartam, saxarin, eritrit, sorbit və ksilit daxil olmaqla, 7 populyar şəkər əvəzedicisi araşdırılıb.

Məlum olub ki, bu maddələrdən ən çox istifadə edən şəxslərdə koqnitiv (zehni) qabiliyyətlərin geriləməsi, digər insanlarla müqayisədə xeyli sürətli baş verir.

Bu mənfi təsir xüsusilə 60 yaşından kiçik insanlarda və şəkər əvəzedicilərindən daha tez-tez istifadə edən diabet xəstələrində daha qabarıq müşahidə olunub.

Araşdırmada öyrənilən dadlandırıcılar arasında zehni zəifləməyə səbəb olmayan yeganə şəkər əvəzedicisi “taqatoza” olub.

Xuraman Etibarlı

İnterpress.аz