Böyük DƏLƏDUZLUQ: Bələdiyyə işçisi fırıldaqçılara 2 milyon dollar KÖÇÜRDÜbackend

Böyük DƏLƏDUZLUQ: Bələdiyyə işçisi fırıldaqçılara 2 milyon dollar KÖÇÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyada bələdiyyə məmuru fırıldaqçılara 2 milyon dollar büdcə vəsaiti köçürüb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çexiyanın Hradec Kralove şəhərində bələdiyyə əmlak idarəsinin maliyyə məsələlərinə cavabdeh olan əməkdaşı irimiqyaslı maliyyə fırıldaqçılığının qurbanı olub.

Özlərini polis və Çexiya Milli Bankının əməkdaşları kimi təqdim edən fırıldaqçıların təzyiqi altında qalan məmur rəhbərliyin xəbəri olmadan böyük məbləğdə büdcə vəsaitini kənar hesablara köçürüb.

İlkin qiymətləndirməyə görə, bələdiyyəyə dəymiş ziyan təxminən 46 milyon çex kronu — təxminən 2 milyon dollar (təxminən 3,4 milyon manat) təşkil edir.

Təşkilatın rəhbərliyi baş vermiş hadisə barədə dərhal polisə məlumat verib və hazırda istintaq orqanları ilə sıx əməkdaşlıq edir.

Bələdiyyə idarəsindən bildirilib ki, baş verən bu xoşagəlməz insident cari işlərə, əməkhaqlarının vaxtında ödənilməsinə və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsinə heç bir maneə yaratmır.

Hadisədən sonra şəhər rəhbərliyi fırıldaqçıların şübhəli zənglərini və bu növ cinayətkar sxemləri vaxtında müəyyən etmək üçün dövlət idarələrində çalışan əməkdaşların maarifləndirilməsini və xüsusi təlimlərin keçirilməsini gücləndirmək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.аz