Alimlər müəyyən ediblər ki, yatan zaman arxa fondakı səs-küy yaddaşı kəskin şəkildə zəiflədir.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yeni elmi araşdırmaya görə, yuxuya gedərkən arxa fonda səslənən podkastlar, televiziya verilişləri və ya müxtəlif videolar beynin yaddaşa cavabdeh olan fəallığını kəskin şəkildə azaldır.
Tədqiqatlar göstərib ki, kənar səslər altında yatan insanlar, tam səssizlikdə yatanlarla müqayisədə növbəti səhər əşyaların yerini daha çətin xatırlayırlar.
Alimlər bunu yuxunun ləng dalğalarının normal fəaliyyətinin və yaddaş mərkəzi olan hippokampın aktivliyinin pozulması ilə əlaqələndirirlər.
Kənar küy və səslər yalnız normal yuxu rejiminə mane olmur, həm də birbaşa yaddaşa ciddi zərər vurur. Nəticədə, fərd növbəti gün hadisələri və vizual təsvirləri daha pis yadda saxlayır.
Ən maraqlı məqam isə odur ki, kənar səslərlə yatan zaman yuxunun ümumi müddəti və oyanma vaxtı tamamilə adi və normal görünür, lakin insanın vizual yaddaşı gözəçarpan dərəcədə zəifləmiş olur.
Xuraman Etibarlı
İnterpress.аz






