Kriminal avtoritetlər Rusiya ORDUSUNDA: Səfərbərlik namizədlərinin siyahısı GENİŞLƏNDİRİLDİbackend

Kriminal avtoritetlər Rusiya ORDUSUNDA: Səfərbərlik namizədlərinin siyahısı GENİŞLƏNDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hətta kriminal avtoritetlərə də Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa icazə veriləcək.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiya Dövlət Duması səfərbərlik dövründə qaçaqmalçılar, narkotik alverçiləri, mütəşəkkil cinayətkar dəstə üzvləri və kriminal avtoritetlərin ordu sıralarında xidmət etməsinə imkan verən yeni qanun layihəsini qəbul edib.

Yeni qaydalara əsasən, həmin şəxslər birbaşa Rusiya Müdafiə Nazirliyi ilə hərbi müqavilə imzalaya biləcəklər.

Ekspertlər qeyd edirlər ki, rəsmi Moskva tərəfindən səfərbərlik üçün yararlı olan kadrların siyahısının əvvəlcədən bu dərəcədə genişləndirilməsi, yeni və daha böyük səfərbərlik mərhələsinin elan edilməsinin yaxın olduğundan xəbər verə bilər.

Qəbul edilən sənəd qüvvəyə mindikdən sonra, ağır cinayətlərdə ittiham olunan və ya cəza çəkən şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüşlərə göndərilməsi və cəzadan tamamilə azad olunması mexanizminin daha da genişləndiriləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.аz