KURYOZ QƏZA: 3D təsviri real yol sanan qadın divara ÇIRPILDI – FOTObackend

KURYOZ QƏZA: 3D təsviri real yol sanan qadın divara ÇIRPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada qadın sürücü divara çəkilmiş 3D tunel rəsmini gerçək sanaraq qəza törədib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Meksikanın Monterrey şəhərində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Gənc qadın sürücü divara çəkilmiş rəsm əsərini real tunel hesab edərək idarə etdiyi avtomobili birbaşa divara çırpıb.

Məlumata görə, kərpic divarın üzərində məşhur “Koyot və Yol qaçışı” cizgi filmindən olan səhnə təsvir edilib. Cizgi filmində koyotun sürətli quşu aldatmaq üçün divara yol təsvir etdiyi həmin məşhur 3D rəsmi gerçək tunel hesab edən sürücü yolun açıq olduğunu düşünərək avtomobili birbaşa kərpic divara doğru sürüb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, qadın sürücünün xoşbəxtlikdən ağır xəsarət almadığı bildirilir.

Jurnalistlərin yaydığı bu maraqlı xəbər sosial şəbəkələrdə geniş müzakirələrə və zarafat obyektinə çevrilib.

Xuraman Etibarlı

İnterpress.аz