Gürcüstanda korrupsiya SKANDALI: Keçmiş DTX rəhbərinin qohumuna 12 il həbs cəzası VERİLDİbackend

Gürcüstanda korrupsiya SKANDALI: Keçmiş DTX rəhbərinin qohumuna 12 il həbs cəzası VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda DTX-nin keçmiş rəhbərinin qohumu rüşvət və çirkli pulların yuyulmasına görə 12 il həbs cəzası alıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbərinin yaxın qohumu Andriya Liluaşvili külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Tbilisi məhkəməsinin rəsmi qərarına əsasən, o, saxta “çağrı mərkəzləri” fəaliyyətində birbaşa iştirak etməkdə təqsirli bilinib.

İstintaqın məlumatına görə, həmin cinayət şəbəkəsinə DTX-nin keçmiş rəhbəri Qriqol Liluaşvili himayədarlıq edib.

Keçmiş məmur bu himayədarlıq müqabilində 2021-2022-ci illərdə Andriya vasitəsilə ümumilikdə 1,4 milyon dollar (təxminən 2,38 milyon manat) rüşvət əldə edib.

Andriya isə qeyri-qanuni gəlirləri fərqli bank hesabları, əlaqəli şirkətlərə edilən investisiyalar və Gürcüstanda, eləcə də xaricdə daşınmaz əmlak alışı vasitəsilə yuyub.

Məhkəmənin yekun hökmü ilə məhkum olunmuş şəxsə məxsus 35 milyon lari və ya 13,3 milyon dollar (təxminən 22,61 milyon manat) dəyərində olan 70 daşınmaz əmlak obyekti, 17 lüks avtomobil, 125 ədəd qiymətli zinət əşyası və rəsm əsərləri, eləcə də bank hesablarındakı bütün nağd vəsaitlər dövlət nəfinə müsadirə edilib.

Xuraman Etibarlı

İnterpress.аz