İrandan ABŞ-yə SƏRT HƏDƏ: Həlak olan hər bir iranlıya görə bir amerikalı hərbçi ÖLDÜRÜLƏCƏKbackend

İrandan ABŞ-yə SƏRT HƏDƏ: Həlak olan hər bir iranlıya görə bir amerikalı hərbçi ÖLDÜRÜLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordusu ABŞ-yə qarşı “birə-bir” intiqam qaydası elan edib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İran Silahlı Qüvvələrinin hərbi komandanlığı ABŞ-yə qarşı yeni və ağır intiqam strategiyası elan edib.

Rəsmi bəyanata görə, bundan sonra ABŞ-nin hərbi zərbələri nəticəsində həlak olan hər bir İran vətəndaşına görə bir amerikalı hərbi qulluqçu hədəf alınaraq məhv ediləcək.

Hərbi komandanlıq bu qərarın ABŞ-nin Yaxın Şərqdəki hərəkətlərinə və İrana qarşı yönələn birbaşa təhdidlərinə adekvat cavab olduğunu bildirib.

Rəsmi Tehranın bu kəskin bəyanatı bölgədə hərbi gərginliyin son dərəcə yüksəldiyi bir vaxtda verilib.

Ekspertlər bu cür qarşılıqlı təhdidlərin ABŞ və İran arasında birbaşa hərbi toqquşma riskini daha da artıra biləcəyini vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.аz