Moskvada jurnalist Darya Şipaçeva dövlətə xəyanət ittihamı ilə 12 il həbs cəzası alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva Şəhər Məhkəməsi rusiyalı jurnalist Darya Şipaçeva barəsində dövlətə xəyanət ittihamı ilə hökm çıxarıb.
Məhkəmənin qərarına əsasən, gənc qadın 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Cinayət işi birbaşa dövlət sirri ilə əlaqəli olduğu üçün məhkəmə prosesi xüsusi qaydada və bağlı qapılar arxasında, tam qapalı rejimdə keçirilib.
İrəli sürülən ağır ittihamın və cinayət işinin təfərrüatları barədə rəsmi orqanlar tərəfindən mətbuata geniş məlumat açıqlanmır.
Məhkəmə zalından verilən məlumata görə, mətbuat nümayəndələrinə yalnız hökmün yekun hissəsinin oxunması zamanı iştirak etməyə icazə verilib.
Jurnalistin müdafiə tərəfinin məhkəmə qərarından apellyasiya şikayəti verib-verməyəcəyi hələlik rəsmən bildirilməyib.
Xuraman Etibarlı
İnterpress.аz






