Ermənistan Uqanda və Ruanda ilə EYNİ SİYAHIDA: Aİ-nin miqrant planı QALMAQAL YARATDIbackend

Ermənistan Uqanda və Ruanda ilə EYNİ SİYAHIDA: Aİ-nin miqrant planı QALMAQAL YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Aİ-yə miqrantların Ermənistana köçürülməsi təklifi İrəvanda kəskin etiraza səbəb olub.

İnterpress.аz xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedozinin Avropa İttifaqı (Aİ) Şurasının üzvlərinə Avropaya gələn arzuolunmaz miqrantların Albaniya təcrübəsinə bənzər şəkildə üçüncü ölkələrə köçürülməsi təklifi böyük qalmaqala səbəb olub.

İtalyan nazir Aİ-yə miqrantların yerləşdirilməsi üçün Uqanda, Ruanda, Efiopiya və Ermənistan kimi ölkələrdə xüsusi “repatrasiya mərkəzləri”nin maliyyələşdirilməsini təklif etməyi planlaşdırır.

Bu xəbərin yayılmasından dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəsmi bəyanatla çıxış edib.

Rəsmi İrəvan məsələyə olduqca sərt reaksiya verərək bu iddiaları rədd edib:

“Bizə belə bir təklif daxil olmayıb və bu məsələ bizimlə heç bir səviyyədə müzakirə edilməyib”.

Siyasi ekspertlər qeyd edirlər ki, rəsmi İrəvanın Avropa İttifaqı ilə vizasız rejim və daha sıx inteqrasiya gözləntiləri fonunda bu növ “repatrasiya mərkəzləri”nin Ermənistanda açılması layihəsi ölkə daxilində və müxalifət dairələrində ciddi narahatlıq və etiraz dalğası yaradıb.

Xuraman Etibarlı

İnterpress.аz